Gəncədə avtomobil zavodunun mühafizəçisi qəfil öldü

Gəncə şəhəri ərazisində yerləşən avtomobil zavodunda mühafizə xidmətində çalışan E.Yusibovun zədə alması nəticəsində vəfat etməsi ilə bağlı informasiyalar ictimailəşdirilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, yayılmış həmin informasiyalarla bağlı bildiririk ki, fevralın 23-də gecə saat 3 radələrində 1982-ci il təvəllüdlü Elçin Yusibov iş yerində səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya aparılıb, göstərilmiş tibbi yardımlara baxmayaraq, “qəfləti koronal ölüm” diaqnozu ilə vəfat edib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, ərazidə olan təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərə baxış keçirilib.
Hazırda şəhər prokurorluğunda araşdırma davam etdirilir.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ











