Gorus-Qafan yolundakı gömrük postunda milyonlarla vəsait toplanıb - AÇIQLAMA

“Gorus-Qafan yolunda qurulan Qubadlı gömrük postu vasitəsilə milyonlarla vəsait toplanılaraq büdcəyə köçürülüb”.
Avtosfer.az xəbər verir ki, bunu Baku TV-yə müsahibəsində Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov deyib.
“Gorus-Qafan yolunda, Azərbaycan Respublikasının işğaldan azad edilmiş Qubadlı rayonunun Eyvazlı kəndinin magistral yola yaxın hissəsində gömrük postunun yaradılması haqqında Dövlət Gömrük Komitəsi sədrinin 10 sentyabr tarixli müvafiq sərəncamı oldu. Sərəncamın icrasından irəli gələrək sərhəd keçid məntəqəsinin fəaliyyətə başlanması üçün bütün lazımı maddi-texniki ehtiyatların qarşılanması üçün addımlar atıldı.
Post 12 sentyabr 2021-ci il tarixindən ölkə ərazisində gömrük xidmətinin digər postlarından heç bir fərqi olmadan, hər bir gömrük keçid məntəqəsi kimi fəaliyyətini davam etdirir. Burada növbəli iş rejimi qurulub. “Dövlət rüsumu haqqında” qanuna müvafiq olaraq gömrük postundan keçən nəqliyyat vasitələri gömrük rüsumu və yol vergilərinə cəlb olunur”.
Onun sözlərinə görə, buradan toplanılan vəsaitin dövlət büdcəsinə ötürülməsi DGK tərəfindən həyata keçirilir:
“Burada POS-terminallar, bank terminalları quraşdırılıb. Postun tam fəaliyyəti təmin olunub. Artıq milyonlarla vəsait tərəfimizdən toplanılaraq dövlət büdcəsinə köçürülüb”.
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR
Gecə də baha, gündüz də! - Bakıda taksi qiymətləri niyə gün boyu YÜKSƏKDİR? - FOTO
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı










