Göyçayda ev yanıb, xəsarət alan var

Göyçay rayonunda mənzildə yanğın hadisəsi baş verib.
APA-nın xəbərinə görə, saat 19:30 radələrində rayonun Mirzəhüseynli kənd sakini, 1942-ci il təvəllüdlü Əhmədov Yaqub Əhməd oğluna məxsus evdə yanğın başlayıb.
Ümumi sahəsi 130 kvadrat metr sahəsi olan 3 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin 114 kvadratmetrlik hissəsi və içəridəki əşyalar yanaraq yararsız hala düşüb.
Hazırda yanğınsöndürənlər hadisə yerindədir, alovun qarşısı alınıb, yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Hadisə zamanı evdə olan 80 yaşlı Yaqub Əhmədov bədənin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alıb. O, Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi












