Göygöldə piyadanı vurub qaçan sürücü saxlanılıb

Göygöl rayonunda piyadanı vurub qaçan sürücü tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, noyabr ayının 23-də, axşam saatlarında Göygöl rayon Polis Şöbəsinə (RPŞ) Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun 369-cu km-də bir nəfər qadını avtomobil vurması, qəza nəticəsində piyadannın tanınmaz hala düşərək hadisə yerində öldüyü barədə məlumat daxil olub.
Göygöl RPŞ-nin və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib və həlak olan şəxsin Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Tünzalə Rəfiyeva olması müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri təxrəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən yayınan şəxsin kimliyi müəyyən edilib. Araşdırmalar zamanı hadisəni Göygöl rayon Xəqani kəndində yaşayan Fəxri Qasımovun “VAZ-2121” markalı avtomobil ilə törətməsi, daha sonra hadisə yerindən qaçması müəyyən edilib.
Hazırda həmin şəxs barəsində Cinayyət Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB












