Gürcüstan Ermənistana buraxdığı 19 ədəd “KamAZ”la bağlı izahat verib

Gürcüstanın bütün gömrük-keçid məntəqələrindən buraxılan bütün – hərbi və ya ikili təyinatlı yüklər, habelə sanksiyalar siyahısında göstərilən mallar sərt gömrük nəzarətindən keçirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.
Yerli “Formula” telekanalının yaydığı videokadrlara münasibət bildirən qurum bəyan edib ki, son bir həftə ərzində “Kazbeqi” gömrük məntəqəsindən “KamAZ” markalı 19 ədəd yük maşını (qeyri-hərbi avtomobil-red) keçib. Ermənistanda hüquqi şəxsin mülkiyyətində olan avtomobillər Rusiyadan Gürcüstandan tranzitlə keçməklə Ermənistana daxil olub.
Qeyd edilib ki, yük maşınları son təyinat məntəqəsinə buraxılmazdan əvvəl Gürcüstanda müvafiq qaydalar və beynəlxalq gömrük protokollarına tam uyğun olaraq sistemdə qeydiyyata alınıb.
Xidmət yerli mətbuatı yoxlanılmamış informasiyaları yaymaqdan çəkinməyə və məlumatı müvafiq məsul qurumlardan dəqiqləşdirməyə çağırıb.
Qeyd edək ki, “Formula” telekanalının yaydığı videokadrlarda “Kazbeqi” məntəqəsi yaxınlığında onlarla müxtəlif növ hərbi təyinatlı maşının olduğu iddia edilib
“Report”
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi












