Gürcüstandan ölkəmizə siqaretlərin gətirilməsinin qarşısı alınıb - FOTO

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 2 fakt üzrə siqaretlərin qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Avtosfer.az-ın komitəyə istinadən verdiyi məlumata görə, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn “Mercedes Benz” və “Renault Premium” markalı nəqliyyat vasitələri saxlanılıb, avtomobillərin sürücüləri şifahi sorğu-sual ediliblər.
Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirsələr də, yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 8 000 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi













