Hacıqabulda narkotacirlər saxlanılıb - FOTO

Hacıqabulda narkotacirlər saxlanılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdən 2 kiloqramdan artıq narkotik götürülüb.
Belə ki, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini Həsən Məmmədov tutulub.
Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkar edilib.
Dindirilmə zamanı H.Məmmədov narkotik maddəni tanışı Ramil adlı şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq Şirvan şəhər sakini Ramil İbrəhimov da saxlanılaraq istintaqa təqdim edilib.
Saxlanılan zaman isə onun üzərindən təmiz çəkisi 1 kiloqram 270 qram “patı” və “şüşə” adlanan psixotrop maddə metamfetamin, 1 kiloqram 242 qram heroin və bir ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR











