Hacıqabulda narkotik satan 5 nəfər tutulub - FOTO

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan beş nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şəmkir rayon sakinləri Yusif Əmiraslanov və Tehran Musayev Hacıqabul rayonu ərazisində saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı 50 qramdan artıq narkotik maddə olan heroin aşkar edilib. Dindirilmə zamanı hər iki şəxs narkotik maddəni Bakı şəhərində Rəşad adlı şəxsdən 400 manata aldıqlarını bildiriblər.
Əməliyyat tədbirlərinin davamı olaraq Bakı şəhər sakini Rəşad Tanrıverdiyev şəhər ərazisində saxlanılıb və istintaqa cəlb edilib. Saxlanılan zaman isə ondan altı büküm heroin və iki büküm metamfetamin aşkarlanaraq götürülüb. Həmin şəxs izahatında Y.Əmiraslanova və T.Musayevə narkotik maddə satdığını etiraf edib.
Hacıqabul RPŞ-in və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən sonuncunun narkotik vasitələrin əldə etdiyi mənbəyin müəyyən edilməsi istiqamətində davam etdirilən tədbirlər nəticəsində isə onu bu maddələrlə təmin edən Bakı şəhər sakinləri Ceyhun Zeynalov və Fazil Mirələmov saxlanılıblar. Həmin şəxslər ümumi çəkisi 110 qramdan artıq olan metamfetamin, heroin və marixuana, 42 ədəd preqabalin həbləri, eləcə də satış zamanı narkotik vasitələrin pulunun ödənilməsi üçün bir ədəd plastik kart aşkarlanaraq maddi sübut kimi götürülüb.
Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib, araşdırmalar davam etdirilir.


Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ












