Həbsdən çıxdıqdan 15 dəqiqə sonra maşın oğurlayan şəxsə yeni cəza verildi

Şəki Rayon Məhkəməsi həbsdən çıxdıqdan 15 dəqiqə sonra yenidən cinayət törədən Göyçay şəhər sakini Heydər Heydərli ilə bağlı qərar verib. “Report”un əldə etdiyi məlumata görə, onun barəsində iki ay müddətinə polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib. Eyni zamanda, H.Heydərliyə nəzarət Göyçay Rayon Polis Şöbəsinə həvalə olunub.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Şəki rayon sakininə məxsus VAZ-2107 markalı avtomobilin şəhər ərazisindən naməlum şəxs və yaxud şəxslər tərəfindən qaçırılması barədə polis şöbəsinə məlumat daxil olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi Ağdaş rayonu Yeniarx kəndi ərazisində tərk edilən vəziyyətdə aşkarlanıb və hadisəni törədən şəxsin Göyçay şəhər sakini H.Heydərli olduğu müəyyən edilib.
O, şübhəli şəxs qismində saxlanılıb və istintaqa təhvil verilib.
Araşdırma zamanı məlum olub ki, əvvəllər də Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 177-ci (oğurluq) maddələri ilə məhkum olunan H.Heydərli həbs müddəti başa çatıb, cəzaçəkmə müəssisəsindən çıxdıqdan təxminən 15 dəqiqə sonra avtomobili qaçırıb və yaşadığı Göyçay rayonuna getmək istəyib.
Lakin təkəri partladığından o, nəqliyyat vasitəsini yolun kənarında tərk edib.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, H.Heydərli təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB












