Helikopter qəzasında şəhid olanların ailəsinə 11 min manat veriləcək

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin vərəsələrinə birdəfəlik 11 min manat sığorta ödənişi nəzərdə tutulur.
Bunu Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin İcraçı direktoru Elmar Mirsalayev jurnalistlər açıqlamasında deyib.
O qeyd edib ki, qəza zamanı xəsarət almış hərbçilərimizin əlillik dərəcəsinə uyğun sığorta ödənişləri nəzərdə tutulur:
“Birinci əllillik dərəcəsinə 8800 manat, ikinci əlillik dərəcəsinə 6600 manat və üçüncü əlillik dərəcəsinə 4400 manat birdəfəlik sığorta ödənişləri nəzərdə tutulur. Əgər əllik yoxdursa xəsarət varsa, xəsarət iki kateqoriyadan ibarətdir. Ağır xəsarətə görə 2750 manat birdəfəlik sığorta ödənişi, yüngün xəsarətə görə 550 manat birdəfəlik sığorta ödənişi nəzərdə tutulur. Bu ödənişlər Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən həyata keçirilir”, - deyə E.Mirsalayev bildirib.
Xatırladaq ki, noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər şəhid olub, 2 nəfər yaralanıb. (trend)
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR
Gecə də baha, gündüz də! - Bakıda taksi qiymətləri niyə gün boyu YÜKSƏKDİR? - FOTO
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı










