"Hər rayonda iki villasının olmasına nə ehtiyac var?" - Eks-nazir Ramiz Mehdiyevdən danışdı

"Mətbuatda Ramiz Mehdiyevin malik olduğu var-dövlətinin siyahsını gördüm. Mənə elə gəlir ki, bu siyahı hələ tam deyil. Yəqin ki, daha çox bilinməyən məsələlər var. İstintaq bunların hamısını arışdırıb yoluna qoyacaq. Biz də ədalətli qərarın şahidi olacayıq".
Bunu keçmiş təhsil naziri Misir Mərdanov deyib. Eks-nazir qeyd edib ki, onun əmlakları müsadirə olunmalıdır:
"Mənə elə gəlir ki, adı gedən və getməyən əmlakların müsadirə olunmasını görəcəyik. Demək olar ki, dövlətin içərisində dövlət yaradıb və bu qədər mülkə sahiblik edib. Heç bir ağıllı adam belə addım atmaz. Bunun hər rayonda iki villasının olmasına nə ehtiyac var? Bəlkə də çoxunun yerini bilmir. Mətbuatda rayonlar üzrə siyahısını veriblər. Nə ehtiyac var ki, yüz hektarlarla torpaq sahəsi var. Camaatın mal-qarasının otlaması üçün yer yoxdur, bu gedib oraları çəpərləyib. Bu şeylərə nə ehtiyac var? Daha çox şeylərin üzə çıxacağını gözləyirəm. İnanıram ki, dövlətimiz, müvafiq orqanlar düzgün qərar edib ictimaiyyətə məlumat verəcəklər".
Xatırladaq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Ramiz Ənvər oğlu Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.(unikal)
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO












