Hitrou Hava Limanında sərnişin sayı son 50 ilin ən aşağı həddinə düşüb
Xəbərlər
23 Fevral 2022 15:42

Londonun Hitrou Beynəlxalq Hava Limanından ötən ildə 19,4 milyon sərnişin istifadə edib ki, bu da 1972-ci ildən bu yana ən aşağı rəqəmdir.
Avtosfer.az xəbər verir ki, hava limanının Mətbuat Xidmətinin məlumatına görə, 2020-ci ilə nisbətən sərnişin sayı 12,3 faiz azalıb. Böyük Britaniyanın ən iri hava limanındakı bu durğunluğun pandemiya ilə bağlı ölkəyə girişə tətbiq edilən məhdudiyyətlə əlaqəli olduğu bildirilir.
Hitrou Hava Limanının Baş icraçı direktoru Con Holland-Kay bu il 45 milyonadək sərnişin gözlədiklərini, halbuki yanvar-fevral aylarında sərnişin sayının güman etdiklərinə nisbətən 23 faiz az olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Hitrou hazırda Avropanın ən işlək hava limanları arasında 10-cu yerə geriləyıb.
“Report”
Oxunub : 1234
DİGƏR XƏBƏRLƏR
4 Oktyabr 2026 18:27
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
4 Oktyabr 2026 15:30
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
4 Oktyabr 2026 15:14
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
4 Oktyabr 2026 12:49
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
4 Oktyabr 2026 10:39
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
4 Oktyabr 2026 09:05
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
3 Oktyabr 2026 16:24
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
3 Oktyabr 2026 14:06
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
3 Oktyabr 2026 13:23
Bakının bu yolu birdəfəlik BAĞLANIR
2 Oktyabr 2026 23:58
Bu yolda sürət həddi endirildi - FOTO
2 Oktyabr 2026 23:08
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
2 Oktyabr 2026 19:46
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
ŞƏRH YAZ












