Horadiz-Ağbənd avtomobil yolunda aşkarlanan minalar zərərsizləşdirilib - FOTO

Cəbrayı rayonunda minatəmizləmə əməliyyatları davam etdirilir.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşları tərəfindən Horadiz-Ağbənd avtomobil yolunun rayon ərazisindən keçən hissəsində aşkarlanan minalar partlayış üsulu ilə zərərsizləşdirilib.
Avtomobil yolu üzrə minatəmizləmə əməliyyatları ANAMA, eləcə də Azərbaycan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir.
ANAMA-nın baş mütəxəssisi Mədət Məmmədov "Report"a bildirib ki, hava şəraiti əməkdaşların daha səmərəli işləməyinə kömək edir: "Payız və qış aylarında ot örtüyü azalır. Bu da işimizi asanlaşdırır".
Qeyd edək ki, ANAMA tərəfindən icra edilən əməliyyatlar keçmiş təmas xətti boyu, yüksək çirklənmə müşahidə olunan ərazidə aparılır. Horadiz-Ağbənd avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatlarına Agentlik cari ilin 31 avqust tarixində başlayıb. Sifarişə əsasən, avtomobil yolunun 22-ci km-dən 36-cı km-dək olan hissəsinin, yəni 14 kilometrədək ərazinin təmizlənməsi nəzərdə tutulur. Onun 6 kilometri, və ya 190 ha ərazisi tam olaraq mina və PHS-lərdən təmizlənib.
Qeyd olunan ərazi üzrə ANAMA tərəfindən ümumən 752 ədəd mina və partlamamış hərbi sursat olmaqla, 396 ədəd piyada əleyhinə mina, 25 ədəd tank əleyhinə mina və 331 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib. Müdafiə Nazirliyi tərəfindən qeyd olunan layihə üzrə minatəmizləmə əməliyyatlarına 2021-ci il 1 iyun tarixində başlanılıb və 558 ha ərazi təmizlənib.
Xatırladaq ki, ANAMA Cəbrayıl rayonuna mediatur təşkil edib. Jurnalistlər Horadiz-Ağbənd avtomobil yolunun rayon ərazisindən keçən hissəsinin partlayıcı qurğulardan təmizləmə işini izləyiblər.




"Report"
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB












