İki qəzadan sonra "Boeing 737 MAX" təyyarələri yenidən uçacaq

İndoneziya "Boeing 737 MAX" seriyalı təyyarələrin iki qəzasından sonra sözügedən laynerlərin ölkə ərazisi üzərində uçuşlarına tətbiq edilən qadağanı ləğv edib.
Bu barədə İndoneziya Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Departamentinin baş direktoru Novi Riyantonun yaydığı bəyanata istinadən yazır.
Açıqlamaya görə, "Boeing 737 MAX" təyyarələrinin İndoneziya üzərində uçuşları təhqiqat başa çatdıqdan və təyyarə sistemləri yekunlaşdıqdan sonra bərpa olunacaq.
Xatırladaq ki, "Boeing 737 MAX" tipli təyyarələrin uçuşları ardıcıl iki dəfə (2018-ci ilin oktyabrın 29-da İndoneziyada ("Lion Air") və 2019-cu ilin martın 10-da Efiopiyada ("Ethiopian Airlines")) baş verən aviaqəzalardan sonra bütün dünya üzrə dayandırılıb. Qəzalar 346 nəfər insanın ölümünə səbəb olub. Hər iki qəza təyyarənin burnunun əyilmə bucağına cavab verən MCAS sisteminin nasazlığı olub. Bundan əvvəl bu seriyalı təyyarələrin ABŞ, Braziliya, Hindistan, Malayziya, Sinqapur və bir sıra Avropa ölkələri üzərində uçuşları bərpa edilib.
"Bloomberg"in məlumatına görə, "Ethiopian Airlines" fevralın 1-dən etibarən "Boeing 737 MAX" təyyarələrini istismara qaytarmağı planlaşdırır. Dekabrın əvvəlində Çin "Boeing 737 MAX" təyyarələrini öz hava məkanına qaytarmaq niyyətində olduğunu açıqlayıb.
Hazırda dünyada təxminən 500 "Boeing 737 MAX" təyyarəsi mövcuddur.
©️ Apa
Bu yolda sürət həddi endirildi - SƏBƏB
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI










