Mask daha 963 mln. dollarlıq “Tesla” səhmlərini satıb

“Tesla”nın qurucusu və baş direktoru artıq beşinci həftədir ki, şirkətdəki payını azaldır.
Banker.az xəbər verir ki, bu həftə o, 934 mindən çox səhm satıb, şirkətin 10% payını satmaq vədini yerinə yetirmək üçün sahibkar daha 6 milyon səhm satmalıdır.
“Forbes Real-Time”a görə, Maskın sərvəti daha 5.42% və ya 15.1 milyard dollar azalıb. Tənzimləyiciyə sövdələşməni açıqlayan sənədlərə əsasən, İlon Mask əldə etdiyi vəsaiti vergi borcunu ödəmək üçün istifadə edəcək.
O, ardıcıl olaraq beşinci həftədir ki, səhmlərini satır və şirkətdəki payının 10%-nə qədərini satmaq vədini yerinə yetirməyə yaxınlaşır. Beləliklə, onun “Twitter”də bu barədə izləyiciləri arasında sorğu keçirdikdən sonra satdığı səhmlərin ümumi sayı indi demək olar ki, 11 milyona çatıb.
Qeyd edək ki, İlon Mask 263.3 milyard dollar sərvətlə dünyanın ən varlı adamı olaraq qalır. Onun ən yaxın rəqibi olan “Amazon”un keçmiş rəhbərinin 200.3 milyard dollar sərvəti var.
Noyabrın əvvəlində dünyanın ən varlı adamı İlon Mask qurduğu “Tesla”nın səhmlərini satmağa başlayıb. Bir neçə gün əvvəl milyarder “Twitter”dəki izləyicilərindən elektrikli avtomobil istehsalçısının 10%-lik payını satmalı olub-olmadığını soruşub.
Sorğuda iştirak edənlərin əksəriyyəti (3.5 milyon nəfər) bu fikri dəstəkləyib. Bildirilir ki, izləyicilərlə məsləhətləşmə qərarı iş adamına 50 milyard dollara başa gəlib, çünki sorğudan sonra onun sərvəti məhz bu qədər azalıb.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












