İlon Maskın sərvəti yenidən 300 milyard dolları keçib

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Maskın sərvəti ikinci dəfə 300 milyard ABŞ dollarını keçib.
Avtosfer.az "Report"a istinadən bildirir ki, real vaxt rejimində yenilənən milyarderlərin "Forbes Real-Time"dakı siyahısına əsasən, Maskın sərvəti bir gündə 32,6 milyard ABŞ dolları artaraq 304,2 milyard dollar təşkil edib. Beləliklə, o, dünya milyarderləri reytinqində liderliyini qoruyub saxlamaqda davam edir.
2021-ci ilin noyabr ayında "Tesla"nın səhmlərinin qiymətləri tarixi rekorda çatdıqda Mask tarixdə 300 milyard ABŞ dolları sərvətə sahib olan ilk şəxs olub.
O, keçən ilin oktyabrında 257,6 milyard dollar sərvətlə "Forbes" tarixinin ən varlı adamı olub. Bundan əvvəl "Amazon"un qurucusu Ceff Bezos tarixin ən böyük sərvətinə malik şəxs hesab olunurdu - onun sərvəti 212 milyard dollar həddinə çatmışdı.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR











