İmişlidə 14 yaşlı qız nişanlandı - Komitədən açıqlama

İmişli rayonunda 14 yaşlı qızın nişanlanması hadisəsi ilə bağlı Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) dərhal İmişli Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya, eyni zamanda İmişli rayon hüquq mühafizə orqanları ilə əlaqə saxlayıb. Qeyd edilir ki, 14 yaşlı qızın nişanlanması aidiyyəti qurumların nəzarətindədir.
Komitədən verilən məlumata görə, AQUPDK məsələ ilə bağlı müzakirə aparılıb və aidiyyəti tədbirlər görülüb. Belə ki, hər iki tərəfin valideynləri İmişli RPŞ-ə dəvət olunaraq onlara bu hadisənin hüquqazidd olması və məsuliyyətə səbəb olması haqqında məlumat verilib.
"Məsələ aidiyyəti qurumların nəzarətindədir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, bu hadisələrə biganə yanaşmayaraq hadisənin baş verdiyi anda aidiyyəti qurumları məlumatlandıran ictimaiyyət nümayəndələrinə təşəkkürümüzü bildirir və hər kəsdən bu kimi hallarla rastlaşdıqları zaman dərhal müvafiq qurumlara məlumat vermələrini xahiş edirik”, - komitədən bildirilib.
Bu yolda sürət həddi endirildi - SƏBƏB
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI










