İrandan Naxçıvana 100 kq heroin keçirilməsinin qarşısı alınıb - FOTO

Naxçıvan gömrükçüləri tərəfindən daha bir fakt üzrə narkotik qaçaqmalçılığı cəhdinin qarşısı alınıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən xəbərə görə, MR ərazisindən tranzit keçməklə Bolqarıstan Respublikasına PVC xammalı yükü aparan, İran İslam Respublikası vətəndaşının idarə etdiyi 63AA195/63AA196 dövlət nömrə nişanlı “Scania” markalı nəqliyyat vasitəsinə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində rentgen qurğusu vasitəsilə baxış keçirilən zaman nəqliyyat vasitəsinin yanacaq çənində şübhəli təsvirlər müəyyən edilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin sürücü tərəfində olan yanacaq çənində süni olaraq hazırlanmış, aşkarlanması xüsusilə çətinləşdirilmiş üçhissəli gizli saxlanc yerindən, ümumilikdə 113 bağlamada xalis çəkisi 97 kiloqram 800 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı Naxçıvan MR Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsinə (Qaçaqmalçılıq) uyğun olaraq cinayət işi açılıb.

Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ












