İranın Ərdəbil vilayəti Azərbaycanla sərhəd-keçid məntəqəsini açır

İran İslam Respublikasının Ərdəbil vilayəti Azərbaycanla sərhəd-keçid məntəqəsini açır.
Avtosfer.az zəbər verir ki, Ərdəbil valisi Hadi Ameli İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin genişləndirilməsi, xüsusilə malların tranziti sahəsində əlaqələrin genişləndirilməsinə şərait yaratmaq məqsədi ilə vilayətin şimalında sərhəd keçid məntəqəsinin açıldığını elan edib.
"İranla Azərbaycan arasında əlaqələrin inkişafı ölkəmizin və şimal qonşumuzun sakinlərini narahat edən məsələlərdən biridir və bu məsələ iki ölkə prezidentlərinin görüşündə də müzakirə olunub", - vali deyib.
"Ticarət əlaqələrini və malların tranzitini asanlaşdırmaq üçün əyalət yollarını genişləndirmək niyyətindəyik, eyni zamanda Parsabad-Ərdəbil şəhər yolunun inkişafı hər iki ölkəyə böyük şəhərlərə çıxış yolu ilə ticarətini inkişaf etdirməyə imkan verəcək", - Ameli bildirib.
Onun sözlərinə görə, Aslanduz sərhəd-keçid məntəqəsinin açılması iqtisadiyyat və sərhəd əlaqələrinin çiçəklənməsi baxımından böyük əhəmiyyət kəsb edəcək.
Qeyd edək ki, İran hakimiyyəti koronavirusun “omikron” ştamının yayılması təhlükəsi ilə əlaqədar qonşu ölkələrlə quru sərhədini bağlayıb. İran Gömrük İdarəsinin rəsmi nümayəndəsi Seyid Ruhullah Lətifi bildirib ki, Koronavirusun Yayılmasına qarşı Mübarizə üzrə Baş Qərargahın və Daxili İşlər Nazirliyinin əmrinə uyğun olaraq, "omikron" ştamının yayılmasının qarşısının alınması məqsədilə dekabrın 25-dən etibarən qonşu dövlətlərlə quru sərhədi sərnişinlər üçün 15 gün müddətinə bağlı olacaq.
"Unikal"
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR











