Jurnalistlərə təzyiq göstərən polis işdən çıxarıldı - RƏSMİ

Bakıda jurnalistlərə qarşı nəzakətsiz davranış nümayiş etdirən polis əməkdaşı işdən çıxarılıb.
Avtosfer.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib. Onun sözlərinə görə, nəinki jurnalist, heç bir şəxsə qarşı belə hər hansı hüquqazidd əməl törədilməsi qəbul edilməzdir: “Hər bir halda hüquqazidd əməl qəbuledilməzdir. O cümlədən, jurnalistlərə qarşı nəzakətsiz davranışına görə həmin polis əməkdaşı tutduğu vəzifədən kənarlaşdırılıb. Buna görə, orada yaranan xoşagələməz halla bağlı intizam tənbeh tədbiri görülüb”. Qeyd edək ki, bir neçə gün əvvəl jurnalistlər Fatimə Mövlamlı və Sevinc Sadıqova çəkiliş zamanı saxlanılaraq Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparıldıqlarını bildiriblər. Jurnalistlər bölmədə onlara qarşı nəzakətsiz davranıldığını qeyd ediblər.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ











