Kadırovun Dubaydakı lüks villası və təyyarəsi - FOTOLAR

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiya elitasının sığınacağına çevrilən Dubayda (BƏƏ) Putinin "köməkçisi" Çeçenistan lideri Ramzan Kadırovun dəbdəbəli villası da aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, Kadırov 2021-2022-ci illərdə ictimai onlayn radarlara görə 14 dəfə Birləşmiş Ərəb Əmirliklərinə şəxsi təyyarəsi ilə səfər edib.
Çeçen liderinin dəbdəbəli “Airbus A319” təyyarəsinin qiyməti təxminən 80 milyon dollar dəyərindədir. Təyyarənin daxili dizaynını dünyanın ən bahalı şirkətlərindən biri - "British Winch Design" hazırlayıb. Nədənsə idarə heyəti Çeçenistanda yox, Bermud adalarında offşorda qeydiyyatdan keçib.
Bundan əlavə Dubay Jumeirahın məşhur sahilində yerləşən beşulduzlu otelin yaxınlığında Ramzan Kadırovun villalarından biri yerləşir. 2017-ci ildə "Qroznı" telekanalı Kadırovun Dubayda ən böyük yerli tikinti şirkətlərindən birinin rəhbəri ilə görüşü barədə məlumat yayıb. Görüş gecə saatlarında Kadırovun villasında baş tutub.
Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra araşdırmaçı jurnalistlər otelə baş çəkib və Kadırovun villasının fotolarını çəkə biliblər.
Villada Kadırovun 3-4 çeçen mühafizəçisi yaşayır. Kadırov və onun ailə üzvləri cəmi 15 dəfə villada olublar.
Bildirilir ki, Kadırovun villasına isə onun rəsmi müşaviri və Çeçenistan liderinin ərəb və müsəlman ölkələrindəki nümayəndəsi Turko Daudov baxır.



"Unikal"
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI
Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
Azər Mursaqulov əmr İMZALADI










