Keçmiş məhkumun avtomobilindən silah-sursat götürülüb - FOTO

Daxili işlər orqanları tərəfindən qanunsuz olaraq silah və sursat saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri zamanı Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Murad Həsənov idarə etdiyi “KİA” markalı avtomobillə saxlanılıb.
Nəqliyyat vasitəsinə keçirilən baxış zamanı salondan bir ədəd idman silahı və həmin silaha aid bir ədəd patron, bir ədəd ov bıçağı və bir ədəd “beşbarmaq” adlanan soyuq silah, yük yerindən isə bir ədəd lüləsi kəsilmiş ov silahı və həmin silaha aid üç ədəd patron aşkar olunaraq götürülüb.
Dindirilmə zamanı M.Həsənov silahların ona məxsus olduğunu və gizlətmək məqsədilə Balakən rayonundan Abşerona, yaşadığı evə apardığını etiraf edib.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Həmin şəxsin aşkarlanan silahlarla hər hansı bir cinayət əməlini törədib-törətməməsi araşdırılır. Əgər bu şəxsin əməllərindən zərərçəkən vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və Hacıqabul RPŞ-nə məlumat vermələri xahiş olunur.


"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO










