Kəmaləddin Heydərovdan minatəmizləmə ilə bağlı AÇIQLAMA

“Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri işğaldan azad olunan torpaqlarımızda minatəmizləmə əməliyyatlarında fəal iştirak edirlər”.
Avtosfer.az xəbər verir ki, bunu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov deyib.
O bildirib ki, şanlı zəfərdən sonra Prezidentin tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunan ərazilərdə təhlükəsizliyin aidiyyəti üzrə təmin edilməsi, mümkün fövqəladə halların vaxtında xəbərdar edilməsi və nəticələrinin çevik aradan qaldırılması işinin təmin edilməsi məqsədilə nazirliyin müvafiq strukturlarının həmin ərazilərdə fəaliyyətinin təşkilinə başlanılıb: “Qeyd edilməlidir ki, işğaldan azad edilən ərazilərimizdə FHN-in müvafiq qurumlarının qısa müddətdə fəaliyyətə başlaması fövqəladə halların effektli idarə edilməsi istiqamətində əhəmiyyətli rol oynayıb. Bu çərçivədə işğaldan azad olunan ərazilərdə böyük sürətlə icra olunan layihələr üzrə işlərdə aidiyyəti üzrə təhlükəsizliyin, o cümlədən yanğın təhlükəsizliyinin, tikintidə, sənaye və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində müvafiq qurumlarımız tərəfindən intensiv iş aparılır”.
K.Heydərov deyib ki, yerli strukturların fəaliyyətə başlaması həm də baş verən fövqəladə halların, o cümlədən açıq sahələrdə baş verən yanğınların qısa müddətdə qarşısının alınmasına imkan yaradıb: “Məhz işin vaxtında və düzgün planlaşdırılması, qüvvə və vasitələrin effektli və çevik tətbiq edilməsi sayəsində baş verən yanğınların geniş əraziyə yayılmasına imkan verilməyib, qısa müddətdə söndürülməsi təmin olunub. Nəzərə alsaq ki, həmin ərazilərdə Ermənistan tərəfindən külli miqdarda minalar basdırılıb, bu işin nə qədər mürəkkəb və riskli olduğu tam aydın olar. Məhz mina təhlükəsi nəzərə alınaraq, yay aylarında açıq ərazilərdə baş vermiş yanğınlarla mübarizə tədbirlərinə helikopterlər fəal şəkildə cəlb edildi”.
“Bu ilin yanvar ayından başlayaraq, FHN-in müvafiq qüvvələri işğaldan azad olunan torpaqlarımızda minatəmizləmə əməliyyatlarında fəal iştirak edirlər. Bu işin sürətləndirilməsi məqsədilə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dislokasiya məntəqəsi Bərdə şəhərində olmaqla xüsusi təyinatlı mexanikləşdirilmiş alayı yaradılıb. Hazırda alayın ən müasir texnika və avandanlıqlarla komplektləşdirilməsi işləri sürətlə davam etdirilir”, - nazir vurğulayıb.
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO










