Kiyevə 64 km-lik rus konvoyu yaxınlaşır - Peyk görüntüləri yayıldı - FOTOLAR

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə hərbi yük daşımasının peyk görüntüləri mediaya sızmaqda davam edir.
Avtosfer.az xəbər verir ki, ABŞ-da yerləşən Maxar Texnologiya şirkəti yeni görüntülər yayıb.
Yayılan peyk görüntülərində Ukrayna sərhədində olan Rusiyanın hərbi karvanının uzunluğunun 64 kilometrdən çox olduğu açıqlanıb.
Kiyevdən 43 kilometr aralıda olduğu təxmin edilən karvanda zirehli maşınlar, tanklar, yedəkli artilleriya və digər hərbi maşınların olduğu görünür.
Şirkət hərbi konvoyun Kiyevdən 27 mil (43 km) uzaqlıqdakı Antonov Hava Bazasından Ukraynanın Prisbirsk şəhərinin şimalına doğru uzandığını qeyd edib.
Texnologiya şirkəti bir neçə gün öncə də Rusiya karvanının uzunluğunun 17 mil (27 km) olduğunu bildirmişdi.
Qeyd edək ki, artıq 6-cı gündür, Rusiyanın Ukraynaya hücumu davam edir.
(qaynarinfo)
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
















