Komandolar şərti pusqudan məharətlə çıxdılar - FOTO/VİDEO

Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində taktiki-xüsusi təlimlər keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimin planına uyğun olaraq əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib.
Diversiya qrupunun təxribatının qarşısını almaq məqsədilə “Həyəcan” siqnalı ilə qaldırılan komandolar daimi dislokasiya məntəqəsini tərk etməklə əməliyyat rayonu istiqamətində hərəkət ediblər.
Sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə müxtəlif yerdəyişmə üsulları icra olunub. Hərəkət zamanı şərti düşmənin təxribat-diversiya qrupu tərəfindən pusquya düşən komandolar çevik qərar qəbul edərək pusqunu dəf etmə və ərazidə kəşfiyyat aparma qaydalarını məşq ediblər.
Təlimin əsas məqsədi şəxsi heyətin gündüz və gecə məhdud görmə şəraitində taktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.
Komandolar təlimdə yüksək peşəkarlıq nümayiş etdirərək bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR











