Koronavirusun “omikron” ştamı 89 ölkədə aşkarlanıb

Koronavirusun “omikron” ştamı indiyədək 89 ölkədə aşkar edilib.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Qeyd olunur ki, “omikron” ştamı artım və yayılma baxımından koronavirusun “delta” variantından xeyli üstündür. Qurumun məlumatına görə, 1,5-3 gün ərzində yoluxanların sayı iki dəfə artır.
Həmçinin “omikron” ştamı əhali arasında immunitetin yüksək olduğu ölkələrdə yayılır.
ÜST hesab edir ki, “omikron” koronavirusun icmadaxili ötürülməsinin olduğu ərazilərdə “delta” ştamını üstələyəcək.
“Omikron”la yoluxma zamanı xəstəliyin gedişatının şiddətinə gəlincə, bu baxımdan məlumatlar hələ də məhduddur. Bu məsələni, eləcə də vaksinlərin və immunitetin xəstəliyin şiddətinə təsirini aydınlaşdırmaq üçün daha çox məlumat lazımdır.//report
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO











