Kürdəmirdə karantin rejimini pozan toy sahibləri cərimələnib

Karantin rejimi qaydalarını pozan toy sahibləri cərimələnib.
Avtosfer.az xəbər verir ki, Kürdəmir rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.
Rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Ərəbqubalı kənd sakini Məhərrəmov Tağı Tahir oğlu və rayonun Sığırlı kənd sakini Kərimov Kamran Ağahüseyn oğlunun fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq normadan artıq sayda qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən edilib.
Müəyyən olunan qayda pozuntusu ilə bağlı hər iki ev sahibləri ilə profilaktiki söhbətlər aparılıb və barələrində inzibati xətalar məcəlləsinin müvafiq bəndinə əsasən ayrı-ayrılıqda 200 manat miqdarında cərimə tətbiq olunub.
Hazırda Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunamüvafiq tədbirlərin görülməsi davam etdirilir.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












