Kürdəmirdə “LADA” markalı minik avtomobili yanıb
Xəbərlər
6 Aprel 2022 12:38
Oxunub 848

Kürdəmir rayonunda minik avtomobili yanıb.
Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, rayonun Ərşəli kəndində “LADA” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













