Lənkəranda 13 nəfər saxlanılıb, 4 kq-dan artıq narkotik dövriyyədən çıxarılıb - FOTO

Lənkəranda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 13 şəxs saxlanılıb, 4 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Emin Ağacanov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Araşdırmalarla onun narkotik vasitəni əldə etdiyi şəxsin rayon sakini Faiq Əlizadə olduğu müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.
F.Əlizadənin üzərindən və yaşadığı evdən ümumilikdə 4 kiloqramdan artıq narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Bundan əlavə Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son vaxtlar keçirdikləri ardıcıl əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 11 nəfər - X.Rzayev, C.Qurbanov, E.Qəmbərli, R.Abıyev, M.Kazımov, F.Kazımzadə, N.Balayev, R.Tağıyev, E.Qəribov, R.Nuriyev və B.Muradov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.

Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür












