Mehdiyevin kürəkəni sahibkarla qarşı "reketlik" edirmiş - DETALLAR

İqtisadçı Natiq Cəfərli Azərbaycandakı biznes mühitinə süni müdaxilələrlə bağlı paylaşım edib.
Avtosfer.az xəbər verir ki, N.Cəfərli paylaşımında Ramiz Mehdiyevin kürəkəni olan sabiq deputat İ.Əliyevin bir qrup sahibkara qarşı şantaj xarakterli əməllərini misal gətirib.
Həmin paylaşımda deyilir: “Azərbaycanda niyə biznes mühiti yaxşı deyil, nədən iqtisadiyyatımız artmır, nə səbəbə aktivlik azalıb, niyə qonşularımızdan geri qalırıq – bütün bu sualların cavabını mediada yayılmış bir məlumat tam izah edir.
Sahibkarlar Cavanşir Abduləzimov, Aydın Əliyev, Ramiz Məmmədov və digərləri uzun illər ərzində fəaliyyətlərinə qarşı sistemli şəkildə qanunsuz müdaxilələr, hədə-qorxu, təzyiq və qeyri-rəsmi maliyyə tələbləri həyata keçirildiyi ilə bağlı şəkayət ediblər.
Məlum olur ki, 2003-cü ildə Ramiz Mehdiyevin kürəkəni, o zamanlar deputat olan Əliyev onlara zəng edib, hədə-qorxu gələrək bizneslərindən pay istəyib. Məcbur olub razılaşıblar, bu zəngdən sonra hər ay kürəkənə 70-80 min, ümumilikdə 9 mln. manat pul ödəyiblər.
Təbii ki, belə “korrupsiya və reket vergisini” uzun zaman ödəmək çətinliklər yaradıb, məcburən 5 mln. manat da kredit alıblar. Pararlel olaraq rəsmi vergiləri də ödəmək lazım gəlib – ödəyiblər, amma, hələ də 130 min manat vergi borcları var. Bundan başqa onlara bu illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 600 000 manatdan artıq cərimə tətbiq edilib və həmin məbləği kredit və borc hesabına ödəməyə məcbur olublar.
Sahibkarlar deyir ki, kürəkən hələ də onlara təzyiq edir ki, etdikləri şikayəti geri götürsünlər.
Hə, mən demirəm ki, bu biznesmenlər süddən çıxmış ağ qaşıqdırlar – təbii ki, yox, amma, sistem onları öz oyun qaydaları ilə oynamağa məcbur edib.
Bu hekayə ölkədə yüzlərlə bənzər hekayələrdən sadəcə biridir, mətbuata, gün üzünə çıxanlardandır – görün hələ nə qədəri bilinmir, diqqətdən kənarda qalır. Bu gün kiçik-orta biznes namusuna boğulub işləyir, xərclərini kreditlər hesabına qarşılayır, başqa heç bir yerdən işıq gəlmir deyə, ümid edirlər ki, nə zamansa düzələcək. Böyük biznes isə büdcə xərcləmələrinin süni şəkildə “qurudulmasına” görə batır. Mənzərə belədir…”/konkret.az
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












