Mərkəzi Nəbatat Bağında iməclik keçirilib - FOTO
Bakı Şəhər İcra Hakimiyyəti təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyətinin, Yaşıllaşdırma Təsərrüfatı Birliyi, kommunal xidmətlərin və struktura daxil olan digər qurumların 400 nəfərdən çox əməkdaşının iştirakı ilə Mərkəzi Nəbatat Bağının ərazisində geniş iməclik keçirilib.
İməclik zamanı parkda 4 ha ərazidə on illərlə baxımsız qaldığından ağacların dibinə yığılaraq yanğın təhlükəsi yaradan və ciddi təhlükə mənbəyinə çevrilən iynəyarpaqlı ağacların iynələri, qurumuş budaqları və xəzəl yarpaqları təmizlənib və parkdakı ağacların dibi bellənib. Birliyin əməkdaşları mövcud ağacların qurumuş hissələrini budayıb, tam qurumuş ağaclar çıxarılıb, ərazidə digər təmizlik və abadlıq işləri görülüb. Qurumuş ağacların yerinə mövsüm ərzində yeniləri əkiləcəkdir.
Keçirilən iməclik Nəbatat bağında təmizlik-abadlıq, ekoloji tarazlığın bərpası, buradakı ağac, kol və digər bitkilərin qorunaraq inkişafı istiqamətində görülən işlərin bir hissəsidir.
Qeyd edilməlidir ki, 1934-cü ildə Azərbaycan florasından olan bitki növlərinin və genofondunun qorunması məqsədi ilə yaradılmış bu bağ elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərib. Nəbatət bağında 2500-dən artıq ağac, kol, ot bitkiləri və s. və müxtəlif növlü ağacları vardır, burada 130-a yaxın nadir bitki qorunur. Ötən ay Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxs kimi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ












