Mingəçevirdə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə iki nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şəhər sakini Lalə Məmmədovanın COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Buna baxmayaraq həmin şəxs ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.
Daha bir aktiv koronavirus xəstəsi Yazgül Allahverdiyevanın da özünütəcrid qaydalarını pozaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. O, evinə geri qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Hər iki şəxs barəsində araşdırma aparılır
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












