Mingəçevirdə saxta pul çap edən qadın və kişi saxlanılıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, dekabrın 23-də iki nəfər taksi sürücüsünə və çörək sexinə 20 manatlıq saxta əsginaslar verilməsi barədə DİN-in “102” Zəng Mərkəzinə, eləcə də polis şöbəsinə müraciətlər daxil olub.
Daxil olmuş müraciətlərlə əlaqədar keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxta pulları dövriyyəyə buraxmaqda şübhəli bilinən Bərdə rayon sakini Şamil Musayev və onunla qeyri-rəsmi münasibətdə yaşayan Ağdam şəhər sakini İlahə Məmmədova saxlanılıb. İ.Məmmədovanın Mingəçevir şəhərində kirayədə yaşadığı mənzilə baxış keçirilən zaman oradan printer avadanlığı və ümumilikdə 49 ədəd 50, 20, 5, 1 manatlıq saxta əsginaslar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Araşdırma zamanı məlum olub ki, Ş.Musayev printer vasitəsilə saxta pulları çap etdikdən sonra onları İlahə ilə öz arasında bölüşdürüb. Daha sonra ayrı-ayrılıqda taksi sürücülərinə və mağazalara həmin əsginasları təqdim ediblər.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri həyata keçirilir.
Əgər onların əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, eləcə də Mingəçevir ŞPŞ-nin (024)275-26-04 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.


Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA











