Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub - FOTO

Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, "13-cü Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası"nın protokoluna uyğun olaraq Müdafiə Nazirliyinin bir qrup zabit heyəti Türkiyədə səfərdə olub. Türkiyə Quru Qoşunları, Hərbi Təyyarəçilik və Hərbi Dəniz Qüvvələri məktəblərini, eləcə də Türkiyə Respublikası Milli Müdafiə Universitetini ziyarət edən nümayəndə heyəti burada təhsil alan azərbaycanlı kursantlarla görüşüb, onların sosial-məişət şəraiti ilə maraqlanıblar.
Səfər çərçivəsində polkovnik Elşad Əbilov və polkovnik-leytenant Tural Manıyev "Xocalı soyqırımı" və "Qarabağ zəfəri" mövzusunda məruzələrlə çıxış ediblər. Görüşlər zamanı "Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm qələbə, Azərbaycan və Türkiyə xalqlarının tarixi qardaşlığının və əməkdaşlığının bariz nümunəsidir" mövzusunda brifinq təqdim olunub. Sonda təhsil müəssisələrinin rəhbər heyəti ilə xatirə şəkilləri çəkilib və qarşılıqlı hədiyyələr təqdim olunub.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












