“Müharibəni dayandır, Ukraynadan çıx” - NATO-dan Putinə çağırış

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya Prezidenti Vladimir Putindən Ukraynadakı müharibəni dayandırmağı və qoşunlarını geri çəkməsini istəyib.
Avtosfer.az xəbər verir ki, bu barədə Stoltenberq Estoniyadakı Tapa Hərbi Bazasına səfəri zamanı Böyük Britaniyanın Baş naziri Boris Conson və Estoniyanın Baş naziri Kaja Kallas ilə birgə mətbuat konfransında danışıb. NATO Baş katibi alyansın son həftələrdə Şərqi Avropada varlığını gücləndirdiyini deyib. O, müttəfiqlik sazişinin 5-ci maddəsinə sadiqliklərinin sarsılmaz olduğunu vurğulayıb. Stoltenberq NATO ərazisinin hər kvadrat santimetrini müdafiə edəcəklərini və qoruyacaqlarını bildirib: "NATO müdafiə ittifaqıdır. Biz Rusiya ilə münaqişəyə can atmırıq. Prezident Putinə mesajımız budur: müharibəni dayandırın, bütün qüvvələri Ukraynadan çıxarın və xoş niyyətlə diplomatik səylərə qoşulun. Dünya sülh çağırışında Ukraynanın yanındadır".
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ












