Narkotik çəkib maşın sürəndə SAXLANILDI - FOTO

Ağdaş rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şəhər ərazisində hərəkətdə olan “VAZ-21011” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları ona “saxla” işarəsi verib.
Sürücü Elmar Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, Polis Şöbəsinə gətirilib və tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən E.Məmmədovun marixuanadan istifadə etdiyi məlum olub. Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Qeyd edək ki, noyabr-dekabr ayları ərzində Ağdaş rayon Polis Şöbəsi Dövlət Yol Polis Bölməsinin əməkdaşları narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən ümumilikdə 19 sürücü aşkarlayıblar.

“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












