Narkotik çəkib sərnişin daşıyan sürücü həbs olundu - FOTO

Bərdədə narkotik vasitənin təsiri altında ictimai nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Bərdə rayonu ərazisində şəhərdaxili sərnişindaşıma ilə məşğul olan “Mersedes” markalı mikroavtobusun sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən “Saxla” işarəsi verilib.
Həmin nəqliyyat vasitəsinin sürücüsü Elbir Məhərrəmovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan polis şöbəsinə gətirilib və tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən onun narkotik vasitədən istifadə etdiyi məlum olub.
E.Məhərrəmov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o, bir ay müddətinə inzibati qaydada həbs edilib.
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür












