NATO hava və raket əleyhinə müdafiənin gücləndirilməsini nəzərdən keçirir

"NATO-nun müdafiə nazirləri uzunmüddətli perspektiv üçün bütün sahələrdə təhlükəsizliyin gücləndirilməsi üçün konkret tədbirləri müzakirə edəcəklər".
Avtosfer.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansın hərbi idarələrinin rəhbərlərinin Brüsseldə fövqəladə iclası ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.
"Sabah nazirlər bütün sahələrdə uzunmüddətli perspektivdə təhlükəsizliyimizi gücləndirmək üçün konkret tədbirlərin mühüm müzakirəsinə başlayacaqlar. Həmçinin hava və dəniz qüvvələrimizin yerləşdirilməsinin əhəmiyyətli dərəcədə genişləndirilməsini, inteqrasiya olunmuş hava və raket əleyhinə müdafiənin gücləndirilməsini, kibertəhlükəsizliyi və daha böyük təlimləri nəzərdən keçirəcəyik”, - baş katib vurğulayıb.
NATO baş katibi, həmçinin müttəfiqləri alyansın büdcəsinə daha çox investisiya qoymağa çağırıb. Onun sözlərinə görə, müdafiə qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılması investisiyaların əhəmiyyətli dərəcədə artırılmasını tələb edəcək.
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ











