Naxçıvan gömrükçüləri 47 kq-dan artıq narkotik aşkarladı

Naxçıvan gömrükçüləri narkotik qaçaqmalçılığı üzrə daha bir cəhdin qarşısını alıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına, oradan da təyinat ölkəsi Almaniya Federativ Respublikasına mebel və xalça yükü aparan 63AA657/63AA658 dövlət nömrə nişanlı “DAF” markalı nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman əşyaların içərisində şübhəli təsvirlər müəyyən olunub.
Şübhəli təsvirlər əsasında nəqliyyat vasitəsinin qoşqusuna baxış keçirilən zaman 6 ədəd kreslonun və 1 ədəd divanın qoltuq hissələrində gizlədilmiş 26 ədəd bağlamada ümumi çəkisi 47 kq 376 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.
Bu yolda sürət həddi endirildi - SƏBƏB
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI










