Naxçıvan Qarnizonu Qoşunlarında silsilə tədbirlər keçirilir - FOTO

Bayram tədbirləri Naxçıvan Muxtar Respublikasında yerləşən bütün birləşmə, hissə və bölmələrdə, Təlim-Tədris Mərkəzlərində, Heydər Əliyev adına Hərbi Liseydə, Naxçıvan Qarnizonunun tam orta məktəbində və uşaq bağçalarında təşkil olunub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hərbi hissələrindən birində keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının ictimaiyyət, mədəniyyət və mətbuat nümayəndələri şəxsi heyətin sosial-məişət şəraiti və döyüş növbətçiliyi ilə tanış olub, dərs və məşğələləri izləyiblər.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabitləri və ictimaiyyət nümayəndələri çıxış edərək şəxsi heyəti təbrik edib, yeni-2022-ci ilin daha böyük uğurlarla yadda qalmasını arzulayıblar. Çıxışlar zamanı bildirilib ki, milli birliyimiz, həmrəyliyimiz 44 günlük Vətən Müharibəsində qazanılan qələbədə özünü bir daha göstərdi. Bu birliyin hesabına 30 ilə yaxın düşmən əsarətində olan torpaqlarımız işğaldan azad edildi. Şanlı Zəfər qazandıq.
Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının üzvləri əsgərlər qarşısında çıxış edərək şəxsi heyətdə xoş ovqat yaradıblar.
Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən bayram ovqatlı silsilə tədbirlər davam edir.
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
















