Naxçıvan Qarnizonunda xüsusi təyinatlı bölmələrin təlimi keçirildi - VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən Əlahiddə Ümumqoşun Orduda taktiki-xüsusi təlim keçirilib.
Təlimə cəlb edilmiş xüsusi təyinatlı bölmələrə qərargahlar tərəfindən verilmiş tapşırıqlar 44 günlük Vətən Müharibəsində qazanılan döyüş təcrübəsinin tətbiqi ilə icra edilib.
Təlimin planına əsasən "Həyəcan" siqnalı ilə qaldırılan xüsusi təyinatlı bölmələrə təxribat hazırlığında olan şərti düşmənin terror qruplaşmasının zərərsizləşdirilməsi və eyni zamanda qruplaşmanın rəhbərinin sağ olaraq ələ keçirilməsi tapşırığı verilib.
Müxtəlif üsullarla təmas xəttini gizli şəkildə keçərək dağ aşırımlarından və ərazinin çətin keçiləbilən relyefindən istifadə edən xüsusi təyinatlılarımız düşmənin terror fəaliyyətləri planlaşdırdığı obyektə koordinasiyalı irəliləmə ilə yaxınlaşıb.
Vizual müşahidə və havadan kəşfiyyat aparmaqla komandirlər tərəfindən düşmən obyekti qiymətləndirilib və basqın həyata keçirilib.
Terror fəaliyyətlərinin gücləndirilməsi üçün köməyə gələn şərti düşmənin hərbi texnikası pusquya salınaraq sıradan çıxarılıb.
Yaxın məsafəli döyüşdə yaralanmış hərbi qulluqçuya döyüş yoldaşları tərəfindən ilk tibbi yardım göstərilib və təxliyyə edilib.
Çətin dağlıq şəraitdə aparılan antiterror əməliyyatı zamanı terror qruplaşmasının rəhbəri sağ olaraq ələ keçirilib və təxribatın planlaşdırıldığı obyekt sıradan çıxarılıb.
Tapşırıqları yüksək peşəkarlıq və səriştə ilə yerinə yetirən xüsusi təyinatlılarımızın nəqliyyat-döyüş helikopteri vasitəsilə təxliyyəsi həyata keçirilib.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












