Naxçıvanda gənc əsgərlərə sertifikatlar təqdim olundu

Naxçıvan Qarnizonu Qoşunlarında gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarını bitirən gənclərə seritifikatlar təqdim edilib, ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar. Bu münasibətlə keçirilən buraxılış mərasimlərində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.
Bu barədə Avtosfer.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Mərasimlərdə çıxış edənlər kurslar zamanı peşəkarlaşan gənclərimizi yeni hərbi vəzifələrə təyin olunmaları və eləcə də 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edərək bundan sonrakı xidmətlərində uğurlar arzulayıblar.
Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırıldıqdan sonra oktyabr ayında həqiqi hərbi xidmətə çağırılan əsgərlərimiz tərəfindən müxtəlif hərbi ixtisaslar üzrə qazanılan bilik və bacarıqlar nümayiş etdirilib.
Gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarını bitirən məzunlara sertifikat və hədiyyələr təqdim edilib.
Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və tribuna önündən təntənəli keçidlə mərasimlər başa çatıb.
Bu yolda sürət həddi endirildi - SƏBƏB
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI










