Naxçıvanda komanda-qərargah təlimi keçirilir - VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən komanda-qərargah təlimi keçirilir.
Bu barədə Avtosfer.az-a Müdafiə Nazirliyindən bildirilib. Xəbərə görə, komanda-qərargah təliminin ssenarisinə uyğun olaraq müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən Naxçıvan Qarnizonu Qoşunlarının birləşmə və hissələri “Həyəcan” siqnalı ilə qaldırılıb.
Təlimdə komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbul edib aktiv radioelektron mübarizə şəraitində yuxarı qərargaha məruzə etməsinə, tabelikdə olanlara çatdırmasına, döyüşün təşkili üzrə bacarıq və vərdişlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib.
Çətin keçiləbilən dağlıq ərazilərdə aşkar edilən şərti düşmənin terror qruplaşmaları xüsusi həmlə qruplarımız tərəfindən dronların və pilotsuz uçuş aparatlarının dəstəyi ilə məhv edilib və hakim yüksəkliklər ələ keçirilib.
Tank təhlükəli istiqamətlərdə açılma həddlərini tutan tank əleyhinə bölmələrimiz tərəfindən düzünə və yarımdüzünə tuşlama ilə şərti düşmənin zirehli texnikaları məhv edilib.
Aviasiya ilə qarşılıqlı əlaqə suallarının işlənildiyi təlimdə hava hücumundan müdafiə bölmələri şərti düşmənin hava hücum vasitələri və pilotsuz uçuş aparatlarına qarşı fəaliyyətləri icra ediblər.
Qərargahlar üçün əməliyyat şəraitinin daha da mürəkkəbləşdirilməsi məqsədilə əlavə qüvvələrin cəlb edildiyi komanda-qərargah təlimi davam edir.
Naxçıvana uçuşlar təxirə salındı - AZAL səbəbini açıqladı
İlham Əliyev Baxış Babayevlə bağlı SƏRƏNCAM imzaladı
Bu dəmir yolu marşrutu üzrə bayram reysləri təyin edildi - FOTO
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT








