Naxçıvanın Əməkdar artisti vəfat edib - FOTO
Xəbərlər
18 Dekabr 2021 22:30

Aktyor, teatr rejissoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Vüsal Rzayev vəfat edib.
Bu barədə APA-ya Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktor müavini Səməd Canbaxşıyev məlumat verib.
O bildirib ki, aktyor bu gün günorta saatlarında vəfat edib.
Qeyd edək ki, Vüsal Rzayev 1968-ci ildə Naxçıvanda anadan olub. 1999-cu ildən aktyor kimi fəaliyyət göstərən Vüsal Rzayev Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir çox tamaşalarda rol alıb. O, həmçinin, C. Məmmədquluzadənin hekayələri və “Ər” pyesi əsasında hazırlanan “Pirverdinin xoruzu” , “Göz ağrısı” və “Eşq bəlası” bədii televiziya filmlərinin ssenari müəllifi və quruluşçu rejissoru olub.
Allah rəhmət eləsin!
Oxunub : 1380
DİGƏR XƏBƏRLƏR
6 Oktyabr 2026 22:50
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
6 Oktyabr 2026 21:28
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
6 Oktyabr 2026 19:51
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
6 Oktyabr 2026 18:39
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
6 Oktyabr 2026 18:08
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
5 Oktyabr 2026 23:52
Polkovnik Əflatun Məmmədov həbs olundu
5 Oktyabr 2026 11:53
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
4 Oktyabr 2026 18:27
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
4 Oktyabr 2026 15:30
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
4 Oktyabr 2026 15:14
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
4 Oktyabr 2026 12:49
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
4 Oktyabr 2026 10:39
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
ŞƏRH YAZ












