Nazir: "Azərbaycan yeni minaaxtaran robotlar alacaq"

"Azərbaycan azad olunan ərazilərdə təmizləmə işləri üçün yeni minaaxtaran robotlar alacaq".
Avtosfer.az xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda minaaxtaran mütəxəssislərin sayının artırılması prosesi də davam etdirilir: "Ermənilər həmin ərazilərdə çoxsaylı minalar basdırıblar. Bu ərazilər tez bir zamanda təmizlənməlidir ki, quruculuq və abadlıq işləri də sürətləndirilsin. Hazırda minaaxtaran cihazlarla yanaşı, həmçinin minaaxtaran robotların da alınması ilə bağlı işlər aparılır. Bu işləri Fövqaladə Hallar Nazirliyi ANAMA və Müdafiə Nazirliyi ilə birgə aparır. Bununla bağlı sürətli işlər görülür, məsələlər müzakirə edilir".
Nazir bildirib ki, ərazi yaşıllıq olduqca mina axtarması çətinləşir: "Amma artıq payız-qış mövsümüdür, otlar quruyur və mina axtarışları sürətləndirilib".
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO











