Nazir Mariana Vasilevanın müavin təyin olunma səbəbini AÇIQLADI

Gənclər və idman naziri Fərid Qayıbov bədii gimnastika üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Mariana Vasilevanın müavin təyin olunmasının səbəbini açıqlayıb.
F.Qayıbov bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin rəsmi saytındakı məqaləsində yazıb.
O, bildirib ki, Vasileva əsl peşəkardır: "Noyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə gənclər və idman nazirinə iki müavin təyin edilib. İdman sahəsi üzrə müavin Mariana Vasileva yüksək təcrübəyə malik, peşəkar, nizamlı, məsuliyyətli və nəticəyə köklənmiş mütəxəssisdir. Digər müavin – İndira Hacıyeva gənclər siyasəti sahəsində böyük yol keçmiş və nazirlikdə çalışan peşəkar kadrdır".
F.Qayıbov nazirliyin yaxın illər üçün strategiyasının hazırlandığını xatırladıb: "Bu məqsədlə geniş sosioloji tədqiqatın aparılması planlaşdırılır: "Nazirlikdə və tabe qurumlarda çalışan mütəxəssilərin bilik və bacarıqlarının artırılması, idarəetmənin təkmilləşdirilməsi məqsədilə çoxkomponentli layihənin həyata keçirilməsini nəzərdə tuturuq".
Nazir qarşıya qoyulan hədəflərdən də söz açıb: "Məqsədimiz gənclər və idmanla bağlı bütün səviyyələrdə standartlarımızı və potensialımızı artırmaq, gənclərin inkişafını təmin edən yeni alətləri yaratmaqdır. Əminəm ki, “gənclərlə və gənclər üçün”, birlikdə və sistemli çalışaraq, qalib xalqın uğurlu gəncliyini görəcəyik".///report
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB












