Nazirlər Kabineti qərarda dəyişiklik etdi: Yanvarın 1-dən ...

Nazirlər Kabineti “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” qərarında dəyişiklik edib.
Avtosfer.az xəbər verir ki, Azərbaycanda daxili bazarda təbii qazın 2021-ci il 1 yanvar tarixdən etibarən qaz istehsalçılarından satın alınması, onun nəqlinın, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması Azərbaycan Respublikasının Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinə (“Azərkontrakt” ASC) həvalə edilib.
Qərara əsasən isə müəyyən edilib ki, bu fəaliyyət üzrə “Azərkontrakt” ASC-nin illik dövriyyəsinin 0,5 faizinədək məbləğdə vəsait onun idarəetmə xərclərinə, o cümlədən maddi-texniki bazasının təkmilləşdirilməsinə, işçilərin əməyinin ödənilməsinə və digər formada maddi həvəsləndirilməsi məqsədlərinə, habelə ölkədə qaz təchizatı ilə əlaqəli proqnoz xarakterli tədqiqatların aparılmasına və müvafiq təkliflərin hazırlanmasına yönəldiləcək.
“Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinə tapşırılıb ki, ona həvalə edilmiş vəzifələrin icrasını nəzərə alaraq Nazirlər Kabineti ilə razılaşdırmaqla yeni ştat cədvəlini bir ay müddətində təsdiq etsin.
Bu Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












