Neftçalada koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıblar

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsəd ilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar olunublar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şəhər sakini Vüqar Cəfərova koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. V.Cəfərova rayonda yerləşən bazar ərazisində aşkarlanıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.
Aktiv COVID-19 xəstəsi olan rayonun Qədimkənd kənd sakini Novruz Hüseynov da analoji qayda pozuntusunu törədib. Yaşadığı ünvanı tərk edən həmin şəxs çalışdığı yanacaq doldurma məntəqəsində aşkarlanıb və yaşadığı evə geri qaytarılıb.
Hər iki şəxs barəsində Neftçala Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












