Novruz Məmmədov işdən çıxdı

Uzun müddət Azərbaycanın siyasi elitasında təmsil olunmuş, 5 il Prezident Administrasiyasında Ramiz Mehdiyevin müavini işləmiş, həmçinin 20 il Prezident Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri və bir müddət Baş nazir vəzifəsini tutmuş Novruz Məmmədov daha bir işini itirib.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Dillər Universitetinin Mətbuat xidmətindən modern.az-a bildirilib ki, Novruz Məmmədov bir müddət əvvəl bu ali təhsil ocağında müəllim kimi fəaliyyətini dayandırıb. Bildirilib ki, sağlamlığında problem olmasa da, N.Məmmədov öz ərizəsi ilə işdən çıxıb.
Xatırladaq ki, Azərbaycanın 9-cu Baş naziri olmuş N.Məmmədov vəzifəyə təyin olunduqdan 6 ay sonra öz ərizəsi ilə işdən çıxmışdı.
N.Məmmədov 19 noyabr 2019-cu il tarixində Azərbaycan Dillər Universitetində Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsinə təyin olunmuşdu. 2024-cü ilin mayında isə bu vəzifədən azad olunmuşdu.
N.Məmmədova yaxın olan dairələrin verdiyi məlumata görə, onun səhhətində ciddi problemlər olduğundan işə çıxması mümkünsüzdür. /unikal
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO












