“O, Paşinyandan amansız qisas alacaq” – Bu dünya lideri erməni baş nazirə qəzəblidir

"Laçın dəhlizi bağlanmadıqca qanunsuz səfərlər davam edəcək”.
Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. O, Fransada prezidentliyə əsas namizəd Valeri Pekressin Xankəndiyə səfərini xatırladıb və bunun regional mediada ciddi əks-səda yaratdığını əlavə edib:
"Pekressinin Qarabağa səfəri bundan sonra rəsmi Parislə İrəvan arasındakı münasibətlərdə ziddiyyətlərin yaranmasını istisna etmir, çünki səfər qeyri-rəsmi idi və Fransa hakimiyyətinin mövqeyini ifadə etmirdi. Digər tərəfdən Valeri Pekress hazırkı prezident Emmanuel Makronun real rəqibidir. Bu isə o deməkdir ki, baş nazir Nikol Paşinyan Pekressi ilə münasibətlər fonunda Makrona badalaq vurdu, onu pis vəziyyətdə qoydu. Şübhəsiz, Makron gələcək siyasətində bunu nəzərə alacaq. O, Paşinyanı cəzalandıra bilər. Ənazından əlaqələrin daha da inkişaf etməsinə mane olmaqdan ötrü əlindən gələni edəcək”.
Müsahibimizin sözlərinə görə, qanunsuz səfərlərlə bağlı Moskvaya da narazılığımızı bildirməliyik:
"Biz bunu etmədikcə rusların Qarabağdakı pozuntuları davam edəcək. Baş verən proseslər, o cümlədən Pekressinin qanunsuz səfəri Laçın dəhlizini nəzarətə götürməyimizin nə qədər vacib olduğunu bir daha təsdiqləyir”.
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür












